May 14, 2019 21:31 Asia/Baku
  • Təbrizin traktorqayırma zavodu
    Təbrizin traktorqayırma zavodu

Təbrizin Traktorqayırma zavodu öz keyfiyyətli məhsulları ilə sadəcə ölkə daxilində deyil, bəlkə qonşu ölkələr və hətta, Afrika və Avropa bazarlarında müştərilərini məmnun etməyi bacarıb.

Şöhrəti bütün dünyaya yayılıb.

Biz bu gün Hollandiyadayıq. Hollandiyalı əkinçilər bu traktorların həm keyfiyyəti, həm də qiymətindən çox razıdırlar.

Çox yaxşı traktordur. İstifadəsi də sadədir.

Təbriz traktorları, traktor istehsal edən bütün ölkələr üçün güclü rəqib sayılır. Bizi Afrika və Avropa bazarlarında belə yaxşı tanıyırlar.

Hindistan, Türkiyə və Çin istehsalı olan traktorlardan daha yaxşı olduğunu iddia edirəm.  

Bütün bunlar bacarıqlı və istedadlı mütəxəssislərin yorulmaz səylərinin bəhrəsidir.

Universitetdə nəzəri formada öyrəndikərimizi burada praktikada sınaqdan keçiririk.

Mən və mənim kimi bacarıqlı mütəxəssislər məhsulun keyfiyyətinin yaxşılaşmasına və istehsal həcminin artmasına kömək edə bilər.

Çox yaxşı işlər görməyi bacarmışıq. Müxtəlif təlim kursları təşkil etmişik. İşçilərimizi daim yeniliklərlə məlumatlandırmağa çalışırıq.

İstedadlı gənclərin əməkdaşlığa cəlb edilməsi bu şirkətin əsas prioritetlərindən sayılır.

Ötən iki ildə 37 yeni kadır sıralarımıza qatılıb.

Bacarıqlı və istedadlı kadrların işə cəzb olunması ilə detalların bir çoxu artıq daxildə istehsal edilməyə başlayıb.

Hələ sanksiyalar məsələsinin gündəmə gəlməsindən öncə biz idxal olunan detalları özümüz istehsal etmək fikrinə düşdük.

Hazırda məhsullarımızın istehsalında istifadə olunan detalların 90%-i tamamilə yerlidir.

Təbrizin Taktorqayırma zavodu ötən il 16 mindən çox traktor istehsal edib. Bu isə öncəki il ilə müqayisədə 30% daha çoxdur.

 

 

 

Şərhlər