Jun 20, 2019 12:09 Asia/Baku
  • Uzaq məsafədən uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib
    Uzaq məsafədən uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib

Həkimlər kommunikasiyanın beşinci nəslindən olan texnologiya vasitəsilə, öd kisəsi üzrə cərrahiyyə əməliyyatı həyata keçirmələri üçün cərrahları 200 kilometr məsafədən istiqamətləndirməyə müvəffəq olublar.

"China Mobile" şirkətinin filiallarından birinin məlumatına görə, bu cərrahiyyə əməliyyatı bir saat sürüb.

Kommunikasiyanın beşinci nəslindən olan texnologiyanın köməkliyi ilə işdə təqribən heç bir ləngimə olmayıb və cərrahiyyə əməliyyatından sonra xəstənin həyat əlamətləri sabit qalıbdır.

Kommunikasiyanın beşinci nəslindən olan texnologiyadan istifadə ilə daha çox həkim əməliyyat otağından uzaq olmasına rəğmən, cərrahiyyə əməliyyatının həyata keçirilməsində həmkarlıq edə bilər.

Teqlər

Şərhlər