Jul 07, 2019 21:40 Asia/Baku
  • İranda yeni turizm siyasətləri
    İranda yeni turizm siyasətləri

Amerikalıların turistlərin İrana səfərlərinə göstərdikləri təzyiqlərə rəğmən, hələ də çoxlu sayda turist İranın mədəni və tarixi cazibələrinə üstünlük verərək, bu ölkəyə səfər edir.

Dünya xalqlarını özünə cəlb edən bir şəhər.

Müsahibə: Bu gün buraya gəlmişik və bu meydanda çox gözəl bir mənzərəni görürük.

Müsahibə: Altı il bundan öncəyə nisbətən bu ilin əvvəlinədək xarici turistlərin sayı təqribən doqquz dəfə artıbdır.

Sanksiyaların yeni şəraiti, İsfahan mədəni irs təşkilatının baş katibinin dediyi kimi, bu bazar üçün nigarançılıqlar yaratdı ki, hökumətin xüsusi səyləri ilə əlbəttə, cari ilin ilk üç ayında xarici turistlərin sayı öncəki ilin müvafiq dövrü ilə müqayiəsədə 20%-lik artıma malik olubdur.

Müsahibə: İrsi, mədəniyyəti və tarixinə görə, mən İsfahanı çox sevirəm.

Son vaxtlar İsfahan turizm sərgisində olmuş xarici işlər naziri də mədəni-tarixi şəhərlərdə turizm rövnəqini artıra biləcək yeni üsullardan danışdı.

Müsahibə: Nüvə anlaşmasından sonra biz turizm sahəsində fövqəladə bir sıçrayışa malik olmuşuq. Bu üzdən də amerikalılar da bir hərəkətə başlayblar ki, İrana səfər edəcək kəs Amerikaya səfər imkanına malik olmasın. Lakin hələ də çoxlu sayda turist İranın mədəni və tarixi cazibələrinə üstünlük verərək, İrana səfər edir. Amma bizim də üsullarımız vardır. O cümlədən bu elektron viza və möhrün vurulmaması.

Yeni turizm bazarlarına diqqət, İsfahanda xarici turistlərin sayının artması üzrə digər bir münasibət kimi izlənir.

Bu illərdə İsfahanda turizmin inkişafı bu şəhərdə otuz trilyon tümən turizm layihələrini fəallaşdırıbdır. İsfahan əl işləri sənayesi üzrə yaradıcı şəhərdir və ekspertlərin qənaətincə, bu, iqtisadi rövnəq və turizmin inkişafı üçün yaxşı imkan ola bilər.

 

 

 

Şərhlər