Aug 13, 2019 18:03 Asia/Baku
  • Kiçik sənayedə böyük məhsullar
    Kiçik sənayedə böyük məhsullar

Xorasane Rəzəvi vilayətində Tus sənaye qəsəbəsi kiçik sənaye obyektlərinə malik olaraq, gündə 29 min nəfəri işlə təmin edibdir.

Tibb təchizatlarının bir hissəsini istehsal edən sənaye və elmi əsaslı obyekt.

Müsahibə: Mən təqribən iki ildir ki, bu şirkətdə işləyirəm. Buranın başqa yerlərdən fərqi budur ki, biz burada işə diqqəti yüksəltməliyik, çünki insanların həyatı ilə əlaqədəyik.

Bu şirkət gənc və yaradıcı müdirlərə malikdir. Sərt iqtisadi şəraitin mövcud olmasına rəğmən, istehsal vəziyyətləri yaxşıdır.

Müsahibə: Ortopediya və tibb təchizatları sahəsində 120 növdən çox məhsul istehsal edirik. Bu elmi əsaslı kompleks öz işinə bu əsasda başladı ki, idxalatı azalda və İranın daxili ehtiyacını daxili istehsal ilə təmin edə bilsin.

Bu sənaye istehsalı obyektində əlli nəfər işləyir.

Müsahibə: Biz səhər saat yeddidən üç iş növbəsinə malikik.

On nəfərdən əlli nəfərədək işçisi olan obyektlər kiçik sənayedən hesab olunurlar. Xorasane Rəzəvi vilayətindəki istehsal obyektlərinin üçdə iki hissəsi kiçik sənayedəndir.

Müsahibə: Biz işə başlaya biləcək bağlanmış və yarıişləyən obyektləri aşkar etməyə başladıq və apardığımız müzakirələrlə təqribən 210 obyekt yaxşı vəziyyətə qayıtdı. Ümid edirik ki, yeni ilədək yerdə qalan obyektləri də işə salmış olaq.

Məşhəddə yerləşən Tus sənaye qəsəbəsi obyektlərində iş və fəaliyyət davam edir və istehsal çarxı fırlanır.

Müsahibə: Bu qəsəbədə mövcud olan 1100 sənaye obyektinin təqribən 85 faizi fəaliyyət göstərir və hər gün 29 min nəfər işləyir.

Bu sənaye qəsəbəsinin ən mühüm istehsal bölməsi kiçik sənayeyə aiddir və onların hamısı istehsal dövriyəsindədir və bəzilərinin məhsulları İran sərhədlərindən də çıxaraq, ixrac edilir.

 

Şərhlər