Aug 14, 2019 13:52 Asia/Baku
  • İranlı güləşçilər gənclərin sərbəst güləş üzrə dünya çempionatında medallar qazanıblar
    İranlı güləşçilər gənclərin sərbəst güləş üzrə dünya çempionatında medallar qazanıblar

İranlı güləşçilər dünən axşam gənclərin sərbəst güləş üzrə dünya çempionatında iki qızıl və bir bürünc medal qazanıblar.

Bu yarışlar Estoniyanın Tallin şəhərində keçirilir. İlk beş çəki dərəcəsi üzrə yarışlar bazar ertəsi və çərşənbə axşamı günləri keçirilib və sonda iranlı güləşçilər Əmirhoseyn Məqsudi və Əbbas Forutən 65 və 97 kiloqram çəki dərəcələrində qızıl medal sahibi olublar. Digər iranlı güləşçi Mohəmmədsadeq Firuzpour 70 kiloqram çəki dərəcəsində bürünc medal əldə edib.

İkinci beş çəki dərəcəsi üzrə yarışlar bu gün davam edəcək.

Teqlər

Şərhlər