Oct 31, 2019 09:08 Asia/Baku
  • İranın sərbəst güləş üzrə olimpiya komandası dünya ikincisi olub
    İranın sərbəst güləş üzrə olimpiya komandası dünya ikincisi olub

İranın 23 yaşından aşağı sərbəst güləş komandası üç qızıl, bir gümüş və iki bürünc medal qazanaraq, Macarıstan dünya çempionatında ikinci olubdur.

Bu yarışların sonunda İran yığması 86, 97 və 125 kiloqram çəki dərəcələrində yarışan Kamran Qasempour, Moctəba Qelic və Əmir Hoseyn Zarenin üç qızıl medalı, 74 kiloqram çəki dərəcələrində mübarizə aparan Mohəmməd Noxudinin bir gümüş, həmçinin 57 və 92 kiloqram çəki dərəcələrində güləşən Əlireza Sərlək və Hoseyn Şəhbazinin iki bürünc medalı və 139 xalla çempionatın ikinci komandası olubdur.

Rusiya 145, Azərbaycan Respublikası ilə 111 xal ilə birinci və üçüncü pillələrdə durublar.

23 yaşından aşağı yaş qrupunda keçirilən sərbəst güləş üzrə dünya çempionatı oktyabrın 28-dən Macarıstanın paytaxtı Budapeştdə başlanıb və dünən gecə işini başa vurubdur.

 

Teqlər

Şərhlər