Oct 31, 2019 19:58 Asia/Baku
  • Payız- qırmızı yaqut yığımı fəsli
    Payız- qırmızı yaqut yığımı fəsli

Nar Kermanşah vilayətinin, xüsusən Uraman bölgəsi bağlarının məhsullarından biridir ki, hər il payız fəslinin gəlməsilə nar yığımı başlanır və məhsul bazara göndərilir.

Payız ki, gəlir, qırmızı nar dənələri çoxrəngli yarpaqlar arasında özlərini göstərirlər.

Cənab Rəhmaninin bol məhsullu bağına getdik... Bu bağda qoz, əncir və gavalıdan başqa, nar ağacları daha çox nəzərə çarpır.

m.k- Uramanatın ən sevimli soğatlarından biri, nar və nar pastasıdır.

Nar yığımı fəsli. Bu, behişt meyvəsi. Vilayətin nar bağlarından 900 hektarlıq ərazidə oktyabrın sonlarından başlanaraq, noyabrın sonlarınadək davam edir.

Uramanat bölgəsinin, xüsusən “Zərduyi” kəndinin narı olduqca məşhurdur.

m.k- Pavənin “Zərduyi” kəndinin narları iqlim və coğrafi şəraitə və suvarma metoduna görə, çox sulu və dadlıdırlar.

Bağ sahibi diqqətli olmalıdır ki, yetişmiş narları yağış yağmazdan öncə yığsın, yoxsa onları nar pastası üçün hazırlamalıdır.

m.q- Narın suyunu çıxarıram və təqribən 8-9 saat od üzərinə qoyuram ki, qatılaşsın.

Bu da bağ sahiblərinin zəhmətlərinin məhsulu olan nar pastası. Ondan daha çox soğat kimi istifadə edirlər.

m.k- Bəzi narların da dənələrini çıxarıb quruduruq ki, bəzi yerli aşlarda istifadə etmiş olaq.

Vilayətdə nar istehsalı sahəsində öndə gedən Pavədən başqa, Gilaneqərb və Cəvanrud da digər nar istehsalçılarındandırlar.

Mələs, Suri, Qomi və Pir Mikail, Kermanşah vilayətində istehal olunan nar sortlarıdır.

Uramanat bölgəsindəki bağların 660 hektarında nar ağacları əkilibdir. Proqnoz edilir ki, bu il bu bağlardan 3500 ton nar məhsulu yığılacaq.

 

 

 

Şərhlər