Nov 01, 2019 11:24 Asia/Baku
  • “Neftçi”nin futbolçusu Premyer Liqada turun oyunçusu seçilib
    “Neftçi”nin futbolçusu Premyer Liqada turun oyunçusu seçilib

Azərbaycan Premyer Liqasında IX turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib.

“Neftçi”nin fransalı futbolçusu Baqali Dabo turun oyunçusu seçilib.

O, “İnStat”ın təhlilinə əsasən ən yüksək indeksə layiq görülüb. Buna səbəb B.Dabonun “Sumqayıt”la səfər oyununda vurduğu 2 qolla komandasının 4:2 hesablı qələbəsində pay sahibi olmasıdır.

Ağdamın “Qarabağ” klubu  da Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. Cari mövsümün 9 görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb.

 

 

Şərhlər