Nov 08, 2019 08:00 Asia/Baku
  • Cənubi Xorasanın əkin sahələrindən zəfəran yığımı
    Cənubi Xorasanın əkin sahələrindən zəfəran yığımı

Cənubi Xorasanın əkin sahələrindən qırmızı qızıl yığımı başlandı. Vilayətin düzləri və əkin sahələrinə xas bir cilvə və gözəllik verən bənövşəyi rəngli torpaqlardan zəfəran çiçəklərinin yığılması üçün ən yaxşı zaman, günəşin doğmasından öncə, səhər tezdəndir.

Günəş döğmazdan öncə və zəfəran istehsalçılarının işə girişmələri...

m.k- Günəşin çıxmasından qabaq bu gülü dərməliyik, yoxsa zəfəran gülləri məhv olarlar.

Noyabr ayının əvvəllərində Cənubi Xorasanda zəfəran istehsalçılarının qızğın iş günləri də başlanır.

m.k- Bizim bu torpağımızda yığımın 3-cü ilidir və təqribən 7 gündür ki, zəfəran yığmaqla məşğuluq. Yığım müxtəlif illərdə fərqlənir. Zəfəranın gül verməsinin kulminasiya nöqtəsi olan bəzi illərdə 42 kiloqramadək çıçək yığmışıq.

m.k- Cənubi Xorasan vilayətində ən çox zəfəran becərmə səviyyəsi, ildə təqribən 19 ton məhsulla Qaen şəhərinə aiddir.

Zəfəran yığımı bu vilayətdə dörd fərqli iqlimin mövcud olmasına görə, noyabrın əvvəllərindən başlanır və dekabrın sonlarınadək davam edir.

m.k- Bu bölgənin zəfəranı keyfiyyətli bir məhsuldur və yaxşı mənfəət gətirir.

Qida boyası və dərman kimi bir çox xüsusiyyətlərə malik olan zəfəran, boyu on santimetrdən otuz santimetrədək olan azyaşlı kiçik bir bitkidir.

İran dünyada ən böyük zəfəran istehsalçısıdır və Xorasan vilayəti, o cümlədən Faruc, Quçan, Şirvan, Məşhəd, Torbəte-Heydəriyye, Zave və Qaenat, həmçinin böyük Xorasanın üç vilayətinin digər rayonları dünyada ən böyük zəfəran istehsalçıları kimi tanınırlar.

Şərhlər