Nov 08, 2019 21:50 Asia/Baku
  • Yayılan beton, asfalt üçün münasib alternativ
    Yayılan beton, asfalt üçün münasib alternativ

Yolsalmada asfaltın yerinə, betondan istifadə, inkişaf etmiş ölkələrdə tətbiq olunan ən müasir texnologiyadır. Bu texnologiya İranda ilk dəfə Həmədan vilayətində xərclərdə nəzərəçarpacaq qənaətlə icra olunubdur.

Həmədan vilayətinin Yol İstismarı və Şose Yolu Nəqliyyatı İdarəsinin baş direktoru, İranda ilk dəfə özəl sektorun sərmayəsi ilə bu vilayətdəki kənd yollarının bərpası üçün rulon beton örtüklərindən istifadə olunduğunu bildirib.

Həmədan vilayətində yayılan beton örtük üsulundan istifadənin ilk təcrübəsi kimi Nehenceh kəndinə gedən yol üzərində işləyirik. Bu üsulda beton qarışıqdan  örtük kimi istifadə olunur. Qırın qiymətinin baha olmasına görə, bu məhsul daha ucuz başa gəlir.

Bu metodun məziyyətlərindən şose yollarının istismarı xərclərinə qənaətə, daha uzun ömürə, yüksək sıxlığa, ağır yüklərə dözümlülüyə və müxtəlif iqlim şəraitlərində qırışlanma qarşısında davamlılığa işarə etmək olar.

Bu layihənin digər üstün cəhətləri, ətraf mühit meyarları və layihənin soyuq havalarda həyata keçirilməsinin mümkün olmasıdır. Ümid edirik ki, bu layihənin ilk təcrübəsi uğurlu olacaq və biz onu bütün İranda rəvac verə biləcəyik.

Az hərəkətli yollarda və sənaye bölgələrində mövcud dəzgahlar vasitəsilə əldə olunan hamar səth əksər hallarda örtüksüz həyata keçirilir, lakin yüksək sürətli hərəkət üçün onların üzərinə bir neçə santimetr qalınlığında asfalt beton qatının işlənməsi lazımdır.

 

Şərhlər