Nov 11, 2019 18:16 Asia/Baku
  • İslam dünyasının ən yaxşı beş aliminə ümumdünya Mustəfa(s.ə.s.) mükafatı təqdim olunub
    İslam dünyasının ən yaxşı beş aliminə ümumdünya Mustəfa(s.ə.s.) mükafatı təqdim olunub

Bu gün vəhdət həftəsi münasibətilə Tehranda keçirilən ümumdünya Mustəfa(s.ə.s.) mükafatının təqdim olunması üzrə üçüncü dövrdə iki türkiyəli və üç iranlı alimə təşəkkür edilib.

 

Türkiyədən Uğur Şahin “Xərçəngə qarşı müalicə vaksinaları” sahəsi üzrə əsər, İrandan Əli Xadem Hoseyni “nano-bio hidrogellər” sahəsi üzrə əsər, Türkiyədən İmran İnan “Yer kürəsinə yaxın dalğa və hissəciklərin qarşılıqlı anlaşılması” əsəri, İrandan Hoseyn Bəharvənd “Əsas hüceyrələr” əsəri və İrandan Mohəmməd Əbdolvənd “Xərçəng diaqnozunun yeni metodları” əsəri ilə “İslami Nobel” adlı ümumdünya Mustəfa(s.ə.s.) mükafatının qalibləri kimi təqdim olunaraq mükafatlandırılıblar.

Üçüncü “Mustəfa(s.ə.s) mükafatı həftəsi” şənbə günü iranlı və xarici məsul şəxslər və mütəfəkkirlərin iştirakı ilə işə başlayıb.

“Ümumdünya Mustəfa(s.ə.s.)” mükafatı iki ildən bir, İslam Dünyasının görkəmli alimləri arasında elmi yüksəliş və sinerji məqsədilə keçirilir və mükafat görkəmli və yenilikçi işləri olan elm adamlarına verilir.

 

 

Şərhlər