Apr 12, 2017 14:23 Asia/Baku
  • Dondurma aşiqinə çevrilən sincab
    Dondurma aşiqinə çevrilən sincab

ABŞ-ın Şimali Karolina ştatında dondurma satmaqla məşğul olan cütlük, vanilli dondurmaya qonaq olmaq üçün yanlarına gələn sincab sayəsində məşhurlaşıblar.

Bu sincab təqribən hər gün Martin ailəsinin dondurma dükanına gələrək, onun üçün hazırlanmış kiçik dondurma payını həvəslə yeyir. Təqribən ötən ilin yayından Martin ailəsi ilə dostluq münasibətləri quran bu sincab dondurma dükanının və Martin ailəsinin Qolden Biç məntəqəsindəki kiçik qolf sahəsinin davamlı müştərisinə çevrilib.

Çox qısa zaman ərzində bu sincab ilə ünsiyyət quran Martin ailəsi bu sincab üçün Puter adını seçib. O zamandan bəri Martin ailəsi bu sincab üçün ona məxsus ölçüdə dondurmalar hazırlamağa başlayıblar. Dondurma dükanına müraciət edən müştərilər isə həm yedikləri dondurmadan həm də bu məzəli sincabı izləməkdən ləzzət alırlar.