May 17, 2017 08:46 Asia/Baku
  • Şirazda elmi konfrans keçirilir

16-cı Beynəlxalq Nefrologiya Konfransı və Orqan Köçürülməsi Cəmiyyətinin 3-cü konfransı dünən gecə İranın Şiraz vilayətinin mərkəzi Şiraz şəhərində açılıb. Bu konfransda 20 ölkədən və ölkə daxilindən olan tibb ekspertləri və alimlərindən bir qrupu iştirak edir.

Bu 4 günlük konfransda orqan, xüsusən böyrək və qara ciyər köçürülməsi sahəsindəki yeni nailiyyətlər araşdırılacaq.

Konfransın icra katibi IRNA ilə müsahibədə deyib ki, bu konfransda ABŞ, Yaponiya, İspaniya, İtaliya, Livan, Pakistan, Suriya, Kanada və İsveçrə kimi 20 ölkədən olan xarici ekspertlər iştirak edirlər.

Hər il xarici ölkələrdən minlərlə nəfər müalicə məqsədilə İrana səfər edir.

Teqlər