May 17, 2017 09:31 Asia/Baku
  • İslamiada-nın 5-ci günündə İran 13 müxtəlif medal qazanıb

4-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edən İranın idman karvanı bu yarışların 5-ci günündə 5 qızıl, 4 gümüş və 4 bürünc medal daxil olmaqla 13 medal qazanaraq, yarış cədvəlində iki pillə yüksəlibdir.

İran nümayəndələri dünən ağır atletika, atıcılıq, yüngül atletika, taekvondo və əlillərin yüngül atletikasında medallara sahib olublar.

Beləliklə İranın idman karvanı 10 qızıl, 12 gümüş və 15 bürünc medal və bütövlükdə 37 medal qazanaraq, yarışların 3-cü pilləsində qərar tapıbdır.

Medallar üzrə cədvəl

4-cü İslam Həmrəyliyi Oyunları 54 islami ölkənin iştirakı ilə 22 idman növündə mayın 12-də Bakı şəhərində başlanıb. Bu oyunlar mayın 22-dək davam edəcəkdir.

127 kişi və 31 qadın idmançıdan ibarət İranın idman karvanı bu yarışlarda 20 idman növündə yarışır. 

Teqlər