May 17, 2017 17:58 Asia/Baku
  • İslamiada-nın 6-cı gününün günortadan öncəki nəticələri

İran idmançıları 4-cü İslam Həmrəyliyi Oyunlarının 6-cı gününün günortadan öncəki yarışlarında iki bürünc medal qazanıblar.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu gün səhər İranın A və B komandalarının üzvləri müvafiq olaraq, Haniyyə Rostəmiyan, Vəhid Koll Xəndan, eləcə də Qolnuş Sebqət Elahi, Mohəmməd Əhmədi tapança ilə on metr məsafəyə atıcılıq üzrə bürünc medal uğrunda mübarizə aparıblar. Sonda Haniyyə Rostəmiyan və Vəhid Koll Xəndandan ibarət A komandası bürünc medal qazana bilibdir. 

Bu gün İranın boks işi də 49 kiloqram çəki dərəcəsində yarışan boksçumuz Omid Əhmədi-Səfanın iraqlı boksçu qarşısında məğlub olması ilə bağlandı və Omid Əhmədi-Səfanın bürünc medalla qane olması ilə bu yarışlarda dörd nəfərlik bir heyətlə iştirak edən ölkəmizin boks komandası təkcə bir bürünc medal əldə edə bilibdir.

Bu gün səhər başlanmış yunan-roma güləşində birinci etapda türkiyəli rəqibini məğlub etmiş 71 kiloqram çəki dərəcəsində yarışan güləşçimiz Mohəmməd Əli Gerayi yarımfinalda olimpiya oyunlarının bürünc və dünya çempionatının qızıl medallarına malik olan Azərbaycan R-dan olan rəqibini məğlub edərək, yarışların finalına vəsiqə qazanıbdır.

Taekvondoda bu gün səhər altı təmsilçimizin bürünc medalı qətiləşibdir.

Taekvondo yarışlarının ikinci günündə kişilər bölməsində ölkəmizin üç nümayəndəsi iştirak edib və 80 kiloqram çəki dərəcəsində yarışan nümayəndəmiz Əlireza Dərvişpur ilk görüşdə rəqibinin görüşdən vaz keçməsilə üzləşdi. O, ikinci dövrdə iordaniyalı rəqibilə görüşüb və onu məğlub edərək, özünün bürünc medalını qətiləşdiribdir. Dərvişpur bu gün axşam Azərbaycan R-dan olan rəqibi ilə mübarizə aparacaq. 

68 kiloqram çəki dərəcəsində yarışan nümayəndəmiz Seyid Həsən Ehsani Pakistan və Türkiyədən olan rəqiblərini məğlub edərək, özünün bürünc medalını qətiləşdiribdir. 

87 kq-dan yuxarı çəki dərəcəsində isə iranlı taekvondoçu Hüseyn Qurbanzadə də qazaxıstanlı rəqiblərini məğlub edərək, özünün bürünc medalını qətiləşdiribdir. 

Qadınlar bölməsində 49 kq-dan aşağı çəki dərəcəsində yarışan nümayəndəmiz Südabə Pursadeqi mərakeşli rəqibini məğlub edib. O, özünün ikiinci görüşündə Oman, Fələstin və ya Azərbaycan R-dan olan taekvondoçu ilə mübarizə aparmalıdır.

Ağır çəkili nümayəndəmiz Əkrəm Xodabənde bir mərhələ istirahətdən sonra bu gün axşam öz rəqiblərilə görüşəcəkdir. 

Məryəm Samet stolüstü tennis üzrə fərdi yarışlarda öz qələbəsilə bu yarışların səkkiz nəfəri sırasına qoşulub. Qəzəl Pak Baten də tennis yarışlarında bu gün günorta çağı ilk görüşündə maldivli rəqibinə qalib gələrək, sonrakı etapa çıxıbdır.

Ehsan Həddadi disktullamada 60 metr 57 santimetr rekord və İraqdan olan birinci nəfərdən təqribən 30 santimetr fərqlə ikinci olaraq, gümüş medal qazanıbdır.

Əlillərin ağırlıqtullama yarışlarında da iranlı idmançı Cavid Ehsani Şəkib F-57 növündə 13 metr 73 santimetr göstərici ilə gümüş medal əldə edib və Cavad Dəllake də elə bu idman növündə 13 metr 6 santimetr göstərici ilə üçüncü olaraq, bürünc medala yiyələnibdir.

İslamiada üzrə tennis yarışlarının ilk görüşündə Əmir Vala Mədənçi iordaniyalı rəqibini 2-0 hesabı ilə məğlub edib. 

Həsən Təftiyan da bu gün səhər yüngül atletika yarışlarının yarımfinal mərhələsinə çıxıbdır.

İranın gənc ağır atleti Reza Zarei də birdən 130 kiloqram ağırlıq qaldıraraq, altıncı yeri qazanıb.

İranın gənclərdən ibarət voleybol komandası bu dəfə də 3-0 hesabı ilə Mərakeş komandasını məğlub edib.

İranın gənclərdən ibarət voleybol komandası bundan öncə Ərəbistan və Qətərin yığma voleybol komandalarını da elə bu nəticə ilə məğlub etmişdi. Komandamız cümə  axşamı günü Əlcəzair yığması ilə görüşəcəkdir.