May 20, 2017 09:58 Asia/Baku
  • İslamiada oyunlarında iranlı idmançılar daha iki qızıl medal qazanıblar

4-cü İslam Həmrəyliyi Oyunlarında iranlı idmançılar daha iki qızıl medal qazanıblar.

Hüseyn Səidi, Vəhid Əli Nəcimi, Arəş Xosrəvi və Əmir Xosrovanidən ibarət İranın 4x100 metr məsafəyə para-İslamiada komandası dünən 45,26 saniyə rekord göstərici ilə çempion adını və yarışların qızıl medalını qazanıb.

Bu yarışlarda Türkiyə və Azərbaycan R. 2-ci və 3-cü olublar.

Güləş yarışlarında da Meysəm Nəsiri 57 kiloqram çəki dərəcəsində Azərbaycan R-dan olan Maqomed Müslümova qalib gələrək, yarışların qızıl medalını qazanıb.

İranın 4-cü İslam Həmrəyliyi Oyunlarında iştirak edən idman karvanı indiyədək 19 qızıl, 22 gümüş və 29 bürünc medala şamil olan 70 medal əldə edib.

4-cü İslam Həmrəyliyi Oyunları 54 islam ölkəsindən olan idmançıların iştirakı ilə 22 idman növündə mayın 13-dən etibarən Bakıda keçirilir. Bu oyunlar mayın 22-dək davam edəcək.

127 kişi və 31 qadın idmançıdan ibarət İranın idman karvanı bu yarışlarda 20 idman növündə yarışır.