May 20, 2017 17:05 Asia/Baku
  • İranlı idmançıların İslamiada-dakı yeni uğurları

Bu gün 4-cü İslam Həmrəyliyi Oyunlarında iranlı idmançılar sərbəst güləş və tramplindən suya tullanma yarışlarında finala vəsiqə qazanıblar.

Bu gün səhər sərbəst güləş yarışlarında Mostəfa Hoseyn Xani 70 kiloqram çəki dərəcəsində və Həsən Yəzdani 86 kiloqram çəki dərəcəsində öz rəqiblərini məğlub edərək, finala çxıblar. Onlar bu gün günortadan sonra final görüşlərini keçirəcəklər. Məsud İsmayılpur Cabir Sadıqzadə ilə yanaşı bürünc medal uğrunda mübarizə aparacaqdır.

10 metrlik tramplindən suya tullanma yarışlarında isə Şəhnam Nəzərpur üçüncü və Moctəba Vəlipur dördüncü olaraq, finalda yarışacaqlar.

Voşo yarışlarında isə ölkəmizi altı sanda-çı təmsil edir ki, bu gün səhər Erfan Ahəngəriyan və Səid Fazeli rəqiblərini məğlub edərək, yarışların növbəti mərhələsinə vəsiqə qazanıblar.

Bu gün ağırlıqatma yarışlarında isə Əli Səməri özbək rəqibindən iki santimetr geri qalaraq, medal almağa müvəffəq olmayıbdır.

Uzunluğa tullahma üzrə para-yarışlarda İranın yeganə nümayəndəsi olan Arəş Xosrəvi də bu gün dördüncü olubdur.

Bu gün günortadan sonra İranın voleybol komandası Türkiyə komandası ilə görüşəcək.

Zorxana yarışları da Bakıdakı "Kristal Holl" kompleksinin iki saylı zalında keçiriləcəkdir.