May 27, 2017 11:57 Asia/Baku
  • İranın görmə əlillərindən ibarət cüdo komandası
    İranın görmə əlillərindən ibarət cüdo komandası

İranın görmə əlillərindən ibarət cüdo komandası Asiya və Okeaniya yarışlarının ilk günündə bir qızıl və bir bürünc medal əldə etməyə nail olub.

İSNA-nın verdiyi məlumata görə, İranın görmə əlillərindən ibarət cüdo komandası çərşənbə axşamı Asiya və Okeaniya çempionatının birinci günündə 3 çəki dərəcəsi üzrə mübarizədə iştirak edib. İran təmsilçisi 66 kq çəki dərəcəsində qızıl medalın sahibi olub. 60 kq çəki dərəcəsində isə İran təmsilçisi bürünc medal əldə edib. 

Özbəkistanda keçirilən bu yarışlarda 73 kq çəki dərəcəsində mübarizə aparan iranlı cüdoçu isə rəqibləri qarşısında məğlub olaraq, yarışlardan kənarlaşıb. 

3 gün davam edəcək yarışların davamında İran komandası daha 4 çəki dərəcəsi üzrə mübarizə aparacaq. 

Teqlər