İyun 14, 2017 20:03 Asia/Baku
  • İranın beş nəfərlik yığması sionist rejimlə matçdan imtina etdi

İranın beş nəfərlik yığma komandası ilk turda qalib gəlməsinə baxmayaraq, sionist rejimlə eyni qrupda olduğuna və Fələstin xalqının müdafiəsi məqsədilə Litvada keçirilən V Dünya Fəhlələri Yarışlarını davam etdirməkdən imtina edib.

Bu dünya səviyyəli çempionatda İran yığması əsas favoritlərdən biri sayılsa da, Belçika yığmasını 9:1 hesabı ilə məğlub etsə də, sionist rejimlə eyni qrupda olduğuna görə, çempionatı davam etdirməkdən vaz keçib. 

İranın idman karvanı bu yarışlarda 11 idmanda 19 komanda ilə iştirak edir. 

Bir müddət öncə də İranın stolüstü tennis üzrə yığma komandası Almaniyanın Düsseldorf şəhərində keçirilən yarışlarda sionist rejim nümayəndələri ilə qarşılaşmadan imtina etmişdilər. 

Teqlər