İyun 17, 2017 15:24 Asia/Baku
  • Unudulmaqda olan
    Unudulmaqda olan "Şəər" toxuma sənətinin son akkordları

Bir zamanlar əhalisinin üçdə biri "Şəər" toxuma sənəti ilə məşğul olan İranın Kaşan şəhərində artıq bu qədim peşə ilə məşğul olanların sayı xeyli azalıb. Yaşlı ustalar isə ömürlərinin son günlərini belə bu əsil peşəni yaşatmağa həsr edirlər.

Toxuculuq sənayesinin inkişaf etməsi və modern toxuculuq dəzgahları ənənəvi toxuculuq sənətinin xeyli zəifləməsinə səbəb olsa da, hələ də əl işlərinə qiymət verən sənətkarlar bu qədim sənəti qorumaq və gələcək nəsillərə çatdırmaq üçün yorulmadan çalışırlar. Unudulmaqda olan bu toxuculuq növlərindən biri də “Şəər”dir.

Hələ də Kaşanın “Şəər” toxuyanlar məhəlləsindən yüksələn hana səsini eşitmək mümkündür.  

 

Usta sənətkar:

"Saç telini xatırladan bu ipə “Şəər” deyildiyi üçün, bu toxuculuğa da “Şəər” toxuma deyilir."

 

Toxuculuq sexləri əskimiş, hanalar köhnəlmiş, sənətkarlar isə qocalmışlar.

 

Usta sənətkar:

"Ata-babalarımız bu sənətin çörəyini yeyiblər. Bütün bu evlər, məhəllələr, toxuculuq sexləri, hanalar bir zamanlar həyat eşqi ilə döyünərdi. İndi isə sayları çox azalıb. Qədim ustaların bir çoxu isə dünyasını dəyişib."

 

Bura Kaşan şəhərində mövcud olan az saylı sexlərdən biridir.

 

Usta sənətkar:

"Bura ata-babalarımızdan bizə qalan bir toxuculuq sexidir. Və mən də yaşlı ustaların köməyi ilə buranın fəaliyyətini davam etdirməsinə çalışıram."

 

“Şəər” toxuyur. Bu qədim sənəti qorumaq və gələcək nəsillərə çatdırmaq ümidi ilə.

 

Usta sənətkar:

"Sadə zolaqlı naxışları olan qədim parçalarımız kürd məntəqələrində geniş istifadə edilərdi. Amma, biz ilk dəfə olaraq yeni naxışlardan istifadə edərək, rəngli parçalar toxumağa başladıq. Hazırda bu toxuculuq sexində 150 naxışda rəngli parçalar toxunur."

 

Heç şübhəsiz ustan sənətkarın əlindən çıxan işin tərəfdarı da çox olar.

 

Usta sənətkar:

"Rəngli parçalar toxumağa başladıqdan sonra ilk olaraq, bu yeniliyin UNESKO tərəfindən qeydə alınmasına nailolduq. Daha sonra isə modelyerlərdən kömək alaraq bu parçalardan manto və şal istehsal etməyə başladıq. Məhsullarımız isə ümum tərəfindən böyük rəğbətlə qarşılandı."

 

“Şəər” toxuma Kaşanda uzun keçmişə malikdir və çox da uzaq olmayan keçmişdə Kaşan əhalisinin üçdə biri bu sənət ilə məşğul olardı.