İyun 18, 2017 08:40 Asia/Baku
  • İranın cüdo komandası ümumdünya fəhlə idman yarışlarının qalibi olub
    İranın cüdo komandası ümumdünya fəhlə idman yarışlarının qalibi olub

İranın cüdo komandası Latviyada keçirilən beşinci ümumdünya fəhlə idman yarışlarında və komanda bölməsində Avstriya komandasını üç-iki hesabı ilə məğlub edərək, yarışların birinciliyini əldə etməyə müvəffəq olub.

IRNA müxbirinin məlumatına görə, Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beşinci ümumdünya fəhlə idman yarışlarının davamında İranın cüdo komandası dünən Avstriya komandasını üç-iki hesabı ilə məğlub edərək, yarışların qalibi olubdur.

İranın cüdo komandası bundan öncə Finlandiya, İngiltərə və Fransa komandalarını da məğlub etmişdi.

İran fəhlələrinin cüdo komandası bundan öncə fərdi bölmədə səkkiz medal qazanaraq, yarışların çempionu adını qazanmışdı.

İyunun on üçündə Latviyanın paytaxtı Riqa şəhərində başlanmış beşinci ümumdünya fəhlə idman yarışları bu gün, bazar günü başa çatacaqdır.

Teqlər