İyun 22, 2017 14:09 Asia/Baku
  • İran filmləri Rusiya və Portuqaliyanın film festivallarında
    İran filmləri Rusiya və Portuqaliyanın film festivallarında

İran Rusiyada keçirilən film festivalında bir, Portuqaliyada keçirilən film festivalında isə 2 film ilə iştirak edir.

İRNA-nın bu günə olan məlumatına görə, İranın "İşıq, kölgə və həyat" adlı sənədli filmi Rusiyada keçirilən 13-cü beynəlxalq Kazan film festivalında iştirak edir. 

13-cü Kzazan film festivalı 5-11 sentyabrda Rusiya Federasiyası Tatarıstan Muxtar Respublikasının mərkəzi olan Kazan şəhərində keçiriləcək. Müsəlman film festivalı sayılan Kazan film festivalı Rusiya-İslam Dünyası Strateji Perspektivi Qrupuna üzv ölkələrini iştirakı ilə keçirilir. Bu qrupa 21 ölkə daxildir. İran da bu qrupun üzvüdür. 

İranın "Bir gölün ləkələnmiş xatirələri" adlı qısa filmi habelə, "Zir-zibil qızcığaz" adlı animasiya filmi isə Portuqaliyada keçirilən FEST film festivalında iştiraka vəsiqə əldə edib. Bu iki film 19 və 26 iyun tarixlərində Portuqaliyada ekran ediləcək. 

FEST film festivalı hər il dünyanın müxtəlif ölkələrindən gəlmiş kinomatoqraflar və rejissorların iştirakı ilə keçirilir. 

Teqlər