İyun 23, 2017 18:17 Asia/Baku
  • İranın gənc ağır atletləri dünya çempionu olublar
    İranın gənc ağır atletləri dünya çempionu olublar

İranın gənclərdən ibarət ağırlıqqaldırma komandası 423 xalla ikinci il dalbadal dünya çempionu olub.

IRNA-nın məlumatına görə, İranın gənclərdən ibarət ağırlıqqaldırma komandası gənclərin ağırlıqqaldırma üzrə dünya çempionatında 2 qızıl, 2 gümüş və 2 bürünc medalla 423 xal toplayaraq, dünya çempionu olub. Yaponiya və Çin komandaları isə ikinci və üçüncü olublar. Yarışlar Yaponiyada keçirilibdir.

Bu yarışlarda kişilər və qadınlar bölməsində əlli ölkədən 260-dan çox idmançı iştirak edib.

Teqlər