İyun 24, 2017 09:12 Asia/Baku
  • Gənc idmançılara təbrik mesajları
    Gənc idmançılara təbrik mesajları

İran İslam Respublikası prezidenti və İslami Şura Məclisinin sədri dünən gecə ayrı-ayrılıqda etdikləri müraciətdə Yaponiyada keçirilən dünya çempionatında iranlı gənclərin ağırlıq qaldırma üzrə yığmasının çempion adını qazanmasını təbrik ediblər.

İran İslam Respublikası prezidenti Həsən Ruhani öz müraciətində ikinci il dalbadal belə bir uğura imza atılmasına görə ölkənin idman sahəsində bütün vəzifəli adamların, məşqçilərin xüsusiylə gənc ağırlıq qaldıranların səylərini yüksək qiymətləndirib. 

Yaponiyada 15 iyundan start götürmüş gənclər üzrə ağırlıq qaldırma çempionatı bu gün 105 kiloqramın üstündə olan çəki dərəcəsində gedən rəqabətlərlə sona çatdı. 

İranın gənclər üzrə ağırlıq qaldırma yığması bu yarışlarda 2 qızıl, 2 gümüş və 2 bürünc medal və 423 xal qazanmaqla dünya çempionu adına layiq görüldü. İkinci və üçüncü yerləri isə Yaponiya və Çin tutdular. 

Bu yarışlarda qadın və kişilər üzrə bölümlərdə 50 ölkədən 260 idmançı iştirak edirdi.

Teqlər