İyun 25, 2017 14:22 Asia/Baku
  • İranlı atletlər Karanov Kuboku yarışlarında daha 4 medal əldə ediblər
    İranlı atletlər Karanov Kuboku yarışlarında daha 4 medal əldə ediblər

Qazaxıstanda keçirilən yüngül atletika üzrə Karanov Kuboku yarışlarında iştirak edən İranın idman karvanı yarışların ikinci günündə daha 4 medal əldə edib.

İRNA-nın verdiyi məlumata görə, iranlı atletlər Karavon Kuboku yarışlarının ikinci günündə bir qızıl, 2 gümüş və bir bürünc medalın sahibi olublar.

İranın yüngül atletika üzrə gənclərdən ibarət komandasının üzvləri 800 metrlik məsafəyə qaçış üzrə bir qızıl və bir gümüş, uzunluğa tullanmaq üzrə bir gümüş və 5 min metrə qaçış üzrə yarışlarda bir bürünc medalın sahibi olublar.

İranın idman karvanı yarışların birinci günündə də 3 qızıl medal, 2 gümüş medal və 4 bürünc medal qazanmışdılar.

Neft klubunun yüngül atletika üzrə komandası Qazaxıstanda keçirilən Karanov Kuboku yarışlarında İranı təmsil edir.

Teqlər