İyun 26, 2017 20:38 Asia/Baku
  • İranın transplant karvanı ilk medalını qazandı
    İranın transplant karvanı ilk medalını qazandı

İspaniyanın Malaqa şəhərində keçirilən Dünya Transplant Kubokunun ilk günündə İran yığmasının üzvü dağ qaçışı növündə bürünc medal qazanıb.

İRNA-nın məlumatına görə, İranın idman karvanının üzvü İlham Rövşənçıraq 30-39 yaşdan ibarət idmançıların dağ qaçışı idmanında 20 dəqiqə rekordla bürünc medala layiq görülüb. 

İranın transplant idman karvanı bazar günü 40 idmançı ilə qaçış, üzgüçülük, dart, boulinq, stolüstü tennis, badminton, skuaş, tennis, velosiped və digər idman növləri üzrə XXI Dünya Transplant Kubokunda iştirak etmək üçün İspaniyaya yollanıb. 

Teqlər