İyul 14, 2017 15:42 Asia/Baku
  • İran karateçiləri Asiya çempionu olublar
    İran karateçiləri Asiya çempionu olublar

İranın oğlan və qızlardan ibarət kata komandaları Qazaxıstanda keçirilən karate üzrə Asiya çempionatının qalibi olublar.

ISNA-nın məlumatına görə, İranın oğlanlardan ibarət kata komandası bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən karate üzrə Asiya çempionatının finalında Malayziya komandasını 4-1 hesabı ilə məğlub edərək, qızıl medal əldə edibdir.

İranın qızlardan ibarət kata komandası da finalda Malayziya komandasını 4-1 hesabı ilə məğlub edərək, qızıl medal əldə edibdir.

Qızların olimpiya komandasının fərdi kata üzrə yarışlarında da İran nümayəndəsi finalda Malayziyadan olan kataroy ilə görüşdə rəqibini 3-2 hesabı ilə məğlub edərək, qızıl medal əldə edibdir.

Oğlanların olimpiya komandasının fərdi kata üzrə yarışlarında isə İran nümayəndəsi finalda yapon kataroyuna məğlub olaraq, gümüş medala sahib olubdur.

İranın gənclərdən ibarət karate komandası da karate üzrə Asiya çempionatında üç qızıl, bir gümüş və bir bürünc medal əldə edibdir.

 

Teqlər