İyul 21, 2017 10:46 Asia/Baku
  • İranlı cüdoçu İranın idman karvanına ilk medalı qazandırıb
    İranlı cüdoçu İranın idman karvanına ilk medalı qazandırıb

Eşitmə qabiliyyəti olmayan idmançıların 23-cü olimpiya oyunlarında iranlı cüdoçu İranın idman karvanına ilk medalı qazandırıb.

IRNA-nın məlumatına görə, Türkiyənin Samsun şəhərində keçirilən eşitmə qabiliyyəti olmayan idmançıların 23-cü olimpiya oyunlarının üçüncü günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı cüdoçu Mehrdad Bədaği Rusiyadan olan rəqibini məğlub edərək, İranın idman karvanının ilk medalını əldə edib.

Eşitmə qabiliyyəti olmayan idmançıların olimpiya oyunlarının çimərlik voleybolu yarışlarında da dünən Almaniya yığmasına 2-1 hesabı ilə məğlub olmuş İran yığması bu gün Rusiya millisi ilə görüşəcək.

Bu olimpiya oyunlarında 107 iranlı idmançı 13 idman növündə yarışır. Oyunlar iyulun 30-dək davam edəcək.

 

Teqlər