İyul 21, 2017 19:14 Asia/Baku
  • İran nümayəndələri əlillərin oxatma üzrə beynəlxalq yarışlarının finalına vəsiqə qazanıblar

İranın kişilərdən ibarət “Kampond”, həmçinin kişilərdən və qadınlardan ibarət “Rikro” komandaları Çexiyada keçirilən əlillərin oxatma üzrə beynəlxalq yarışlarının finalına vəsiqə qazanıblar.

İranın Müharibə Əlilləri və Adi Əlillərin İdman Növləri üzrə Federasiyasının məlumatına görə, Çexiyada keçirilən əlillərin oxatma üzrə beynəlxalq yarışları iyulun 18-də başlanıb və iyulun 25-dək davam edəcək.

İranın Zəhra Neməti, Zəhra Delxoş və Soməyye Rəhimidən ibarət qadın “Rikro” komandası rəqiblərini arxada qoyaraq, finala vəsiqə qazanıb və sabah qızıl medal uğrunda Ukrayna komandası ilə mübarizə aparacaq.

İranın Qolamreza Rəhimi, Purya Cəlalipur və Əli Əsğər Fəttahidən ibarət kişi “Rikro” komandası da finala vəsiqə qazana bilib. Bu komanda sabah qızıl medal əldə etmək üçün Polşa komandası ilə mübarizə aparacaq.

İranın Hadi Nuri, Rəməzan Biyabani və Sina Mənşəzadədən ibarət kişi “Kampond” komandası da finala çıxa bilib. Bu komanda şənbə günü qızıl medal uğrunda İngiltərə komandası ilə mübarizə aparacaq.

 

Teqlər