İyul 22, 2017 15:20 Asia/Baku
  • Balaca ixtiraçı diqqətləri cəlb edir
    Balaca ixtiraçı diqqətləri cəlb edir

10 yaşlı iranlı yeniyetmənin Hava Tuneli adlı ixtirası Rusiyada keçirilən Aviasiya Sərgisində hamının marağına səbəb olub.

Balaca iranlı sərdarın ixtirası Maks sərgisinin rəhbərinin ona xüsusi dəvətnamə göndərməsi ilə nəticələnib. Balaca Sərdar hazırda Maks 2017 sərgisinin ən yaxşı ixtiraçılarının sırasındadır.

Hər iki ildə bir dəfə Rusiyanın ev sahibliyi ilə keçirilən Maks adlı Dünyanın ən böyük aviasiya sərgisi aeronavtika sənayesində ən modern nailiyyətlərin təqdim olunduğu məkandır. Builki sərgidə bir iranlı yeniyetmə bütün diqqətləri özünə cəlb etmişdir. Bu xüsusi qonağın adı Sərdar Musazaddır. Kiçik ixtiraçı hələ təzə on yaşına keçib.

İranlı ixtiraçı Sərdar Musazad deyib: Bu aparatın adı hava tunelidir. Bütün bunlar onun hissələrinin nümunələridir. Bu, aeronavtika və avtomobilqayırma sənayesində istifadə olunur. Avtomobil və təyyarənin bütün hissələrində istifadə oluna bilər. hava tunellərinin bəzisini ölçüsü çox böyükdür. Bəlkə də buradakı kompleksdən də böyükdür. Bu aparatın seksiyası həddindən artıq böyük ola bilər. Amma bəzi hava tunellərinin ölçüsü çox kiçikdir. Misal üçün bu hava tuneli. Bunlara sınaq modelli hava tuneli deyirlər.

Sərdarın ata-anası da övladlarının bu mürəkkəb sənayeyə marağının sirlərindən danışdı.

Sərdarın atası deyib: Təəssüflər və ya xoşbəxtlikdən, əlaqədar təhsilimiz yoxdur. Amma Sərdar bizi maraqlandırdı və biz də bu sahədə mütaliəyə başladıq, ondan öyrənirik.

Sərdarın anası deyib: Onunla birlikdə irəliləməyə və onun ehtiyaclarını təmin etməyə çalışırıq.

Bu sərgidə İranın 12 pavilyonu aeronavtika sənayesinin ən modern nailiyyətlərində İran və iranlının fitri istedadını sərgiləyir.

 

Teqlər