İyul 23, 2017 09:45 Asia/Baku
  • İranın sahil voleybol komandası 4-cü yeri tutub
    İranın sahil voleybol komandası 4-cü yeri tutub

İran İslam Respublikası sahil voleybol komandası Marakeşdə keçirilən dünya turunda Avropanın keçmiş çempionuna qalib gələrək ilk dəfə olaraq dünya üzrə 4-cü yardə durub.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İranın sahil voleybol komandası İspaniya komandasına 2-1 hesabı ilə qələbə çalaraq sahil voleybolu tarixində ilk dəfə olaraq 4-cü yeri tutub. 

Marakeş dünya turunda 16 komanda iştirak edir. Bu yarışlar iyulun 21-dən başlayıb. 

İranın sahil voleybol komandası bazar günü final mərhələsi uğrunda Marakeş komandası ilə rəqabət aparacaq.