İyul 27, 2017 18:35 Asia/Baku
  • İran komandalarının RoboKub(RoboCub) yarışlarındakı uğurları
    İran komandalarının RoboKub(RoboCub) yarışlarındakı uğurları

İranın Əmir Kəbir adına Sənaye Universitetinin komandaları Yaponiyada keçirilən 2017-ci il beynəlxalq RoboKub(RoboCub) yarışlarında uğurlu iştiraka malik olublar.

IRIB-nin məlumatına görə, 2017-ci il beynəlxalq RoboKub yarışları bu gün İranın Əmir Kəbir adına Sənaye Universiteti komandalarının humanoid robotlar, eləcə də liliput futbolçu yarışlarının tələbə bölməsindəki uğurlu iştirakı ilə rəsmən başlanıb. Yarışlar Yaponiyanın Naqoya şəhərində keçirilir.

İranın Əmir Kəbir adına Sənaye Universitetinin liliput futbolçu üzrə Parsian komandası Türkiyə komandası ilə qarşılaşaraq, öz rəqibini 2-0 hesabı ilə məğlub edibdir.

İranın Əmir Kəbir adına Sənaye Universitetinin yeniyetmə ölçülü humanoid robot komandası da özünün ilk görüşündə İndoneziya komandası ilə bərabərliyə çatıbdır.

RoboKub robotexnika sahəsində beynəlxalq və mötəbər yarış olaraq 1997-ci ildən bəri hər il müxtəlif ölkədə keçirilir.

Bu yarışların keçirilməsində məqsəd, robotexnika və süni intellekt sahəsi ilə bağlı texnologiyaların inkişaf etdirilməsidir.

Teqlər