Avq 02, 2017 17:56 Asia/Baku
  • İran bölgədə orqan transplantasiyasında birinci yerdə durur
    İran bölgədə orqan transplantasiyasında birinci yerdə durur

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin Orqan Transplantasiyası Mərkəzinin direktoru deyib: İran İslam Respublikası Şərqi Aralıq bölgəsində insult keçirmiş insanın orqanının transplantasiyası baxımından birinci yerdə durur.

İRNA-nın məlumatına görə, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin Orqan Transplantasiyası Mərkəzinin direktoru Məhəmməd Kazimeyni bildirib: Ötən ildə İranda insult keçirmiş insanın orqan transplantasiyası üzrə 870 transplantasiya qeydə alınıb.

İndiyə qədər İranda beş min qaraciyər transplantasiyasının həyata keçirildiyini deyən Kazimeyninin sözlərinə görə, İran qaraciyər transplantasiyası baxımından Şərqi Aralıq  bölgəsində ikinci yeri tutur.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin Orqan Transplantasiyası Mərkəzinin direktoru əlavə edib: İranda indiyə qədər 45 min böyrək və 950 ürək transplantasiyası həyata keçirilib.

Teqlər