Avq 06, 2017 11:32 Asia/Baku
  • İranlı para-atletlər dünya çempionatında 2 qızıl və 1 gümüş medal əldə ediblər
    İranlı para-atletlər dünya çempionatında 2 qızıl və 1 gümüş medal əldə ediblər

Para-Atletika üzrə gənclərarası dünya çempionatında İranı təmsil edən para-atletlər 2 qızıl və 1 gümüş medal əldə ediblər.

İSNA-nın məlumatına görə, İsveçrənin Notoyl şəhərində keçirilən gənclərarası para-atletika çempionatında Fatimə Ənsari F42\47 klası üzrə disk atmaq yarışlarında 22 metr 19 santimetrlik bir rekord qeydə alaraq, qızıl medalın sahibi olub.

Mərziyə Qasemi də elə bu növ üzrə yarışlarda 20 metr 58 santimetrlik bir rekord ilə ikinci olaraq, gümüş medalı boynuna asıb.

Görmə əlilləri arasında keçirilən yarışlarda isə Hacər Səffarzadə T11\13 klası üzrə 200 metrlik məsafəyə qaçış bölməsində 28.63 saniyə ilə birinci olub və qızıl medala yiyələnib.

İranın idman karvanı İsveçrədə keçirilən para-atletika üzrə dünya çempionatının 3-cü günündə medallarının sayını  16-ya çatdırıb. Bu medallardan 7-sı qızıl, 5-i gümüş, 4-ü isə bürüncdür.

Yarışlar bu gün 6 Avqustda başa çatacaq.

Teqlər