Avq 14, 2017 09:53 Asia/Baku
  • İranın kişilərdən ibarət taekvondo yığmasının uğuru
    İranın kişilərdən ibarət taekvondo yığmasının uğuru

İranın kişilərdən ibarət taekvondo yığması 4 qızıl, bir gümüş, 4 bürünc medal və 35 xalla beynəlxalq taekvondo federasiyasının Özbəkistanda keçirilən Asiya üzrə 1-ci prezident kuboku yarışlarının qalibi olubdur.

Cənubi Koreya yığması isə 4 qızıl, bir gümüş və 31 xalla yarışların ikincisi olubdur.

Özbəkistan millisi də 3 gümüş, 3 bürünc medal və 12 xalla üçüncü olubdur.

İranın qadınlardan ibarət yığması isə 2 gümüş və 2 bürünc medal qazanaraq, bu yarışların üçüncü pilləsində durubdur.

Müvafiq olaraq, Cənubi Koreya və Çin qadın komandaları da birinci və ikinci yerlərdə durublar.

Teqlər