Avq 15, 2017 19:39 Asia/Baku
  • Elm və texnologiya muzeyinin təqdimatı
    Elm və texnologiya muzeyinin təqdimatı

Keçmiş mütəfəkkirlərin yadigarlarından müasir texnologiyalaradək, qədimkilərin qiymətli nailiyyətləri və müasir alimlərin çiçəklənmiş istedadlarının nəticəsi- bütün bunların hamısı bir yerə toplaşıblar ki, gələcək nəsil üçün bir meyar ola bilər.

Bilmək şövqü. Fenomenlərin necəliyi və nə cürlüyü məsələsi. Mütəfəkkir insan anbaan və bütün saniyələrdə dünyanı öyrənir və bir kəs bilmir ki, bir saat sonra varlıq dünyası hansı pəncərəni onun üzünə açacaqdır.

Naməlumların mərkəzinə səfər və yeni vasitələri əldə etmək, asiman və yerin ələ keçirilməsi röyası, agahlıq susuzluğu... Bu səfərlərin dolanbaclarında insan zehnin sönmüş vulkanlarına püskürərək, cahilliyin qaranlıqlarına qalib gəlir. Elm və biliyin sonu yoxdur. Amma meydana gəlməsi tərzini öyrənmək olan işdir. Keçmiş sönməyibdir və əgər düzgün istifadə olunarsa, ilhamverici olacaqdır. Burada qədimkilərin səslərini dinləməklə ülgü götürmək olar.

Bura, elm və texnologiya muzeyidir. Hər gün sabahın qurucularından bir qrupu böyük maraq, şövq və ruh yüksəkliyi ilə buraya gəlir ki, öz diyarının elmi irsi və yerli biliyi ilə tanış olmuş olsun.

Keçmiş mütəfəkkirlərin yadigarlarından müasir texnologiyalaradək, qədimkilərin qiymətli nailiyyətləri və müasir alimlərin çiçəklənmiş istedadlarının nəticəsi- bütün bunların hamısı bir yerə toplaşıblar.

Doktor Cəlili- Elm və texnologiya muzeyinin direktoru:

Bura, beş il müddətinə fəal şəkildə işə salınmış bir kompleksdir və hədəfi, elmi anlayışları cəmiyyətin müxtəlif üzvləri üçün sadələşdirməkdir.  Və biz bu sadələşdirmək hədəfinə çatmaq üçün bir sıra proqramlar hazırlayırıq, o sıradan illik konfranslar, ümumi və məktəb festivalları, müsabiqələr, məqalələr və sair. Bizim konfranslarda xarici qonaqlar da iştirak edirlər.

İnsanın sadə və ilkin rolları indi həddi-büluğa çatıbdır. Muzeylər gələcək nəsil üçün meyar olan böyük insanların səylərinin nümayişi və saxlanılması məkanıdır.