Avq 15, 2017 20:55 Asia/Baku
  • Özünəməxsus zəncəfilin ecazkarlığı
    Özünəməxsus zəncəfilin ecazkarlığı

Təbiət elə keçmişdən müalicə ehtiyatları və dərman bitkiləri ilə zəngin xəzinə olaraq insanın ixtiyarında olmuşdur. İran, Yunanıstan, Misirdə müxtəlif nəsillər və sairə sivilizasiyalar bu vasitələrdən böyük istifadələr etmişlər. Onun böyük hissəsi hətta bugünkü insan üçün də zehindən uzaqdır. Klassik tibb və son illərdə kimyəvi dərmanların olmasına baxmayaraq, bu növ müalicə çoxlu həddə unudulmuşdur və bir növ sevgidən uzaq qalmışdır.

Kimyəvi dərmanların kənar simptomlarının müəyyənləşməsi, onların bəzisi hətta çox təhlükəlidir və dərmanlardan həddindən artıq istifadə immun sistemində əvəzolunmaz zərərlərə gətirib çıxarır, dərman bitkinləri sahəsində təsirli həyatın yenidən rövnəqləşməsinə səbəb olub.

Tibb mütəxəssisi deyib: Kənd təsərrüfatı biotexnologiya qrupu müxtəlif sahələrdə fəaliyyət göstərir. Hal hazırda əsasən fəaliyyət göstərilən sahələr dərman bitkilərində ikinci metaboliklərin istehsalının artırılmasıdır. Bu maddələr müxtəlif sahələrdə istifadə olunur.

İranda da təhqiqatçılar keçmiş alimlərin təcrübələrindən və İran təbiətinin zəngin xəzinəsindən istifadə edərək müxtəlif sahələrdə təsirli müalicələri əldə etmək istiqamətində böyük addımlar atmışlar.

Başqa bir mütəxəssisin sözlərinə görə, işimizin bu hissəsində xərçəng xəstəlikləri üzərində dərman bitkilərinin təsirinin araşdırılmasıdır. Üzərində çoxlu araşdırmalar aparılan və davam etdirilən dərman bitkilərindən biri Zəncəfil bitkisidir.

Bu araşdırmalardan biri zəncəfil bitkisindən istifadə və onun döş xərçənginin müalicəsindəki təsirli olmasıdır. Bu bitkinin anti-oksidantları xərçəng şişlərinə nəzarət üzrə diqqəti cəlb edəcək təsirlərə malikdir.

Mütəxəssis deyib: Zəncəfil bitkisinin elmi adı zingiber officinaledir. Hindistan və cənub-şərqi Asiya bu bitkinin vətənidir. Zəncəfil anti-oksidantlara görə yüksək xüsusiyyətə malikdir.

İranın müxtəlif vilayətləri, o cümlədən Xorasan, Kirman, Həmədan, Gülüstan, Simnan və Mazandaranın çoxlu potensialları bu sahədə tam təbii struktura sahibdir və istifadəyə hazırdır.

İranın özünəməxsus və zəngin ətraf mühiti dərman bitkilərinin böyük xəzinəsini ərsəyə gətirib. Ondan istifadə müalicə və dərman problemlərinin böyük hissəsini həll edə və dərman bitkisi məhsullarının ticarətində rövnəqlik yarada bilər.