Avq 20, 2017 15:08 Asia/Baku
  • İran idman karvanı Dünya Tələbə Oyunlarında 2 bürünc medal qazanıb
    İran idman karvanı Dünya Tələbə Oyunlarında 2 bürünc medal qazanıb

İran gənclərinin "pumse" idman növü üzrə nümayəndələri Tayvanda keçirilən Universiada-2017 Dünya Tələbə Oyunlarında 2 bürünc medal qazanıblar.

Pumse, dayanmaq, əl, ayaq və yerdəyişmə fəndlərinə şamil olan taekvandonun klassik hərkətlərindən ibarət məçmuədir.

İran nümayəndəsi Mehdi Cəmali bu gün Tayvanda keçirilən Universiada-2017 Dünya Tələbə Oyunlarında kişilərin pumse idman növündə Cənubi Koreya və ABŞ nümayəndələrindən sonra üçüncü olaraq, bürünc medal əldə edibdir.

Bu yarışlarda qadın idmançımız Fatimə Hesam da pumse idman növündə bürünc medal əldə edibdir.

Universiada-2017 adı altında keçirilən 29-cu Dünya Tələbə Oyunları avqustun 19-da Tayvanda, 140-dan yuxarı ölkədən olan 12 min idmançının iştirakı ilə başlanıb. Bu yarışlar avqustun otuzunadək davam edəcək.