Avq 23, 2017 10:03 Asia/Baku
  • İran Dünya Tələbə Oyunlarında yeddinci medalı qazanıb
    İran Dünya Tələbə Oyunlarında yeddinci medalı qazanıb

İranın kişi tələbələrdən ibarət kampond ox və kaman komandası Universiada-2017 Dünya Tələbə Oyunlarında yeddinci medalı qazanıb.

İranın kişi tələbələrdən ibarət kampond ox və kaman komandası Universiada-2017 adı altında Tayvanda keçirilən 29-cu Dünya Tələbə Oyunlarında final görüşündə 232-227 hesabı ilə Rusiya komandasına məğlub olaraq, gümüş medal əldə edibdir.

İranın tələbə idman karvanı bundan öncə fərdi taekvandoda bir qızıl, qadınların pumse taekvandosunda iki bürünc, kişilərin miks pumse taekvandosunda bir bürünc və qılıncoynatmada iki bürünc medal əldə etmişdi.

Universiada-2017 adı altında keçirilən 29-cu Dünya Tələbə Oyunları avqustun 19-da Tayvanda, 140-dan yuxarı ölkədən olan 12 min idmançının iştirakı ilə başlanıb. Bu yarışlar avqustun otuzunadək davam edəcək.

İranın tələbə idman karvanı cüdo, oxatma, qılıncoynatma, voleybol, taekvandonun pumse növü, uşu, badminton və ağırlıqqaldırma kimi səkkiz idman növündə yarışan 62 idmançı ilə Universiada Oyunlarında iştirak edir.

Teqlər