Avq 23, 2017 19:01 Asia/Baku
  • İran yığması Asiya Çempionatında ikinci qələbəsini qazandı
    İran yığması Asiya Çempionatında ikinci qələbəsini qazandı

İranın qolbol üzrə kişilərdən ibarət yığma komandası Asiya və Okeaniya Çempionatında Tailand yığmasını məğlub edib.

Qolbol əsasən görmə qabiliyyəti olmayan və ya zəif olanların idmanıdır. Bu oyunda idmançılar gözləri bağlı şəkildə topu əllə qarşı komandanın qapısından keçirməyə çalışırlar.

İranın qolbol üzrə kişilərdən ibarət yığma komandası çərşənbə günü Bankokda Asiya və Okeaniya Çempionatında ev sahibi ölkə Tailandı 13:3 hesabı ilə məğlub edib.

İranın qolbol yığması ilk matçda Qazaxıstan yığmasını məğlub etmişdi.

İran yığması sabah üçüncü matçında Cənubi Koreya yığması ilə qarşılaşacaq.

İranın qolbol üzrə qadınlardan ibarət yığması da üçüncü matçında Avstraliya yığması ilə qarşılaşıb və 5:5 hesablı nəticə qeydə alınıb.

Tailandın Bankok şəhərində keçirilən Asiya və Okeaniya Çempionatının sonunda qadın və kişilərdən ibarət iki yığma komanda İsveçdə baş tutacaq 2018 Dünya Çempionatına vəsiqə qazanacaq.

Teqlər