Avq 26, 2017 14:16 Asia/Baku
  • Braziliya da İrana təslim oldu
    Braziliya da İrana təslim oldu

İran İslam Respublikasının voleybol üzrə yeniyetmələrdən ibarət yığma komandası Dünya Çempionatında 6-cı matçda ən titullu Braziliya yığmasını məğlub edib və yarımfinala vəsiqə qazanıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, İranın yeniyetmələrdən ibarət yığma komandası Bəhreyndə keçirilən U-19 Dünya Çempionatının dörddə final mərhələsində Braziliya yığması ilə qarşılaşıb. Maraqlı keçən matçda iranlı voleybolçular rəqibə heç bir şans verməyərək 3:0 hesabı ilə qalib gəliblər.

İran yığması İtaliyanı 3:2, Meksikanı 3:0, Çini 3:0, Çexiya Respublikasını 3:0 və Türkiyəni 3:0 hesabı ilə məğlub etmişdi.

Yaponiya, Rusiya və Cənubi Koreya yığmaları da dörddə bir finalda rəqiblərini məğlub edərək yarım finala vəsiqəni təmin ediblər.

İranın voleybol üzrə yeniyetmələrdən ibarət yığma komandası yarımfinalda Cənubi Koreya yığması ilə qarşılaşacaq.

Teqlər