Sen 02, 2017 20:58 Asia/Baku
  • "Tərlan"; İranın yerli pilotsuz uçan aparatı

"Tərlan" İranda Azad İslam Universiteti tələbələri tərəfindən quraşdırılmış tamamilə yerli pilotsuz uçan aparatdır.

"Pilotsuz Uçan Aparatlardan bir çox sahələrdə istifadə imkanını nəzərə alaraq, bu texnologiyadan bir çox fəaliyyət sahəsində istifadə etmək mümkündür. Belə ki, bu gün bu texnologiyalardan hətta, məhsulların sürətlə müştəriyə çatdırılmasında da istifadə edilir. Və bəzi iri mağazalar bu texnologiyadan istifadə edərək, öz məhsullarını minimum qiymətə ən qısa zaman ərzində müştərilərinə çatdırırlar."

"Biz bu PUA-nın quraşdırılmasına təqribən 3 il öncə başlamışıq. Və istehsal mərhələsi təqribən 6 ay zaman aparıb."

"Tərlan" pilotsuz uçan aparatı havadan görüntünün əldə edilməsi, informasiyanın anlayn olaraq qeydə alınması və yerdə olan nəzarət mərkəzinə göndərilməsi üçün nəzərdə tutulub. Bundan başqa "Tərlan" pilotsuz uçan aparatı yerdən idarəetmə ilə yanaşı "avtopilot"a da malikdir və "avtopilot" rejimində 2 saat müddətinə davamlı uçuş həyata keçirə bilir.

""Tərlan"ın xarici korpusu karbon liflərindən istifadə edilərək, möhkəmləndirilmiş bir xəlitədən hazırlanıb. Və 3.5 at gücünə malik olan bir mühərrik ilə təchiz edilib. Bu da "Tərlan"a bütün uçuş müddəti ərzində 2 kq çəkiyə malik yükü daşımaq imkanı verir."

Bu pilotsuz uçan aparat səyyar idarəetmə sisteminə malikdir. "Tərlan" havadan təsvir çəkmək və onu yerdəki stansiyaya göndərməklə yanaşı, sabit trayektoriya üzrə fasiləsiz uçuş həyata keçirməyə də qadirdir. Bu pilotsuz uçan aparatın bütün hissələri, daşınmanı asanlaşdırmaq məqsədi ilə, əsas korpusdan ayrılmaq imkanına malikdir. "Tərlan" 2 operator vasitəsi ilə 3 dəqiqə ərzində istifadəyə tam hazır vəziyyətə gətirilə bilir.

"Layihələşdirmə mərhələsində bu aparatın çəkisi 12 kq nəzərdə tutulmuşdu. Amma, quraşdırma mərhələsində çəkisi artaraq 17 kiloqrama çatdı. Və 2 kq çəkini də özü ilə daşımağa qadirdir. Bu yük xilasedici əməliyyatlarda təcili yardım paketi ola bilər. Və ya yer səthinin öyrənilməsində istifadə edilməsi üçün kamera və ya digər sensorlar ola bilər. Bu uçan aparat 2 saat havada qalmaq imkanına malikdir. Bu aparat təqribən  3.3 at gücünə malik bir mühərrik ilə təchiz edilib və yanacaq çəninin tutumu təqribən 330 cc-dir."

İstehsal xərcinin aşağı olması eyni zamanda yüksək dəqiqliyə və manevr gücünə malik olmasına görə bu pilotsuz uçan aparatdan müxtəlif sahələrdə istifadə etmək mümkündür. Gələcəkdə "Tərlan"ın yeni modifikasiyalarında gücünün artırılması ona daha çox havada qalmaq və daha ağır yükləri daşımaq imkanı vermiş olacaq.

Teqlər