Sen 10, 2017 11:21 Asia/Baku
  • İranın yeniyetmə güləş komandası dünya çempionatında bir gümüş və bir bürünc medal qazanıb
    İranın yeniyetmə güləş komandası dünya çempionatında bir gümüş və bir bürünc medal qazanıb

İranın yeniyetmələrdən ibarət sərbəst güləş komandası Yunanıstanın paytaxtı Afinada keçirilən dünya çempionatında bir gümüş və bir bürünc medal qazanıb.

Yeniyetmələrin sərbəst güləş üzrə Yunanıstanın paytaxtı Afinada keçirilən dünya çempionatı yarışlarının davamında İranın 85 kiloqram çəki dərəcəsində yarışan nümayəndəsi final görüşündə rus rəqibinə məğlub olaraq, gümüş medal əldə edib.

İranın digər nümayəndəsi də 69 kiloqram çəki dərəcəsində bürünc medal qazanıbdır.

İkinci beş çəki dərəcəsi üzrə ilkin yarışların sonunda da İranın 54 kiloqram çəki dərəcəsində yarışan nümayəndəsi finala vəsiqə qazanıb. İranın 76 və 100 kiloqram çəki dərəcələrində mübarizə aparan iki nümayəndəsi isə sıralanma görüşünə çıxıbdır.

İkinci beş çəki dərəcəsi üzrə final görüşləri bu gün keçiriləcək.

Teqlər