Sen 16, 2017 18:59 Asia/Baku
  • Voleybol: İran Yaponiyaya qalib gəldi

Voleybol üzrə 7-ci Çempionlar Kubokunda İran yığması Yaponiyanı məğlub edib.

Yaponiyanın ev sahibliyi ilə keçirilən çempionatın dördüncü turunda İran yığması azarkeşlərinin dəstəyinə baxmayaraq Yaponiyanı məğlub edərək çempionluq imkanlarını qoruyub.

Dörd turdan sonra İran voleybol yığması üç qələbə və bir məğlubiyyət alıb. İranın milli komandası sabah beşinci tur çərçivəsində Fransa yığması ilə qarşılaşacaq.

Çempionlar Kubokunda Braziliya və İtaliya yığmaları üç qələbə ilə birinci-ikinci yerləri bölüşürlər və İran üç qələbə və yeddi xalla üçüncü yerdədir.

7-ci Çempionlar Kubokunda İtaliya, ABŞ, Yaponiya, Braziliya, Fransa və Yaponiya yığmaları iştirak edir.

Bu çempionatda Braziliya yığması dörd dəfə çempion olub və iki dəfə ikinci yeri tutub.

Teqlər