Sen 17, 2017 09:27 Asia/Baku
  • İranlı gənc qılıncoynatma üzrə dünya üçüncüsü oldu
    İranlı gənc qılıncoynatma üzrə dünya üçüncüsü oldu

Tehranda keçirilən qılıncoynatma üzrə dünya çempionatının sonunda iranlı qılıncoynadan bürünc medalın sahibi olub.

İRİB-nin verdiyi məlumata görə, iranlı qılıncoynadan Əmir Əhməd Əmini şənbə günü dünya çempionatının yarımfinal mərhələsində Belarus rəqibi qarşısında məğlub olaraq, üçüncü yer uğrunda İtalyan rəqibi ilə mübarizə aparmalı olmuşdu. Sonda rəqibini məğlub edən iranlı qılıncoynadan bürünc medalın sahibi oldu.

Belarus qılıncoynadan isə final görüşündə Alman rəqibini məğlub edərək, dünya çempionu adını qazandı. 

Qılıncoynatma üzrə dünya çempionatı şənbə günü səhər 15 komandanın tərkibində yer alan 62 yerli və xarici qılıncoynadanın iştirakı ilə işə başlamışdı. 

Teqlər