Sen 17, 2017 11:26 Asia/Baku
  • İranın qızlardan ibarət Kamandan Oxatma Komandası əlillərin dünya çempionatında birinci olub
    İranın qızlardan ibarət Kamandan Oxatma Komandası əlillərin dünya çempionatında birinci olub

İranın qızlardan ibarət kamandan oxatma komandası Pekində keçirilən əlillərin dünya çempionatının qalibi olub.

İSNA-nın verdiyi məlumata görə, İranın qızlardan ibarət kamandan oxatma komandası Pekində keçirilən əlillərin dünya çempionatının final mərhələsində yarışlara ev sahibliyi edən Çin komandasını məğlub edərək, çempion olub. 

İranın kişilərdən ibarət kamandan oxatma komandası isə final görüşündə İtaliya komandası qarşısında məğlub olaraq, ikinci olub. 

İran təmsilçiləri qarşışıq mübarizə növündə də gümüş medalın sahibi olublar. 

Əlillərin kamandan oxatma yarışları 40 ölkədən gəlmiş 245 idmançının iştirakı ilə 13 sentyabrda Pekində start götürmüşdü. Yarışlar bu gün başa çatıb.