Sen 17, 2017 13:17 Asia/Baku
  • İran voleybol üzrə dünya çempionlar liqasında 3-cü oldu
    İran voleybol üzrə dünya çempionlar liqasında 3-cü oldu

İranın voleybol üzrə yığma komandası Fransa üzərində qələbə çalaraq, Yaponiyada keçirilən çempionlar liqasının 3-cüsü oldu.

İRİB-nin verdiyi məlumata görə, İranın voleybol komandası Yaponiyada keçirilən Dünya Çempionlar Liqasındakı son qarşılaşmasında Fransa yığmasını 3-2 hesabıilə məğlub edərək, bürünc medalın sahibi olub. 

İranın voleybol komandası yarışların sonunda ümumilikdə 4 qələbə və bir məğlubiyyət ilə 9 xalq qazanıb və ilk dəfə olaraq bu yarışların üçüncüsü olub. 

İran bu yarışlarda sadəcə Braziliya yığması qarşısında məğlub olmuşdu. 

İran artıq üçüncü dəfədir ki, dünya çempionlar liqasında iştirak edir. Bundan öncə 2009 və 2013-cü illərdə bu yarışlarda iştirak edərək, 5-ci və 4-cü yerləri tutmuşdu. 

İtaliya isə bu gün 3-1 hesabı ilə Amerikanı məğlub edərək, 2-ci yeri tutub. 

Braziliya isə 5-ci qızıl medalını əldə etmək üçün Yaponiya ilə mübarizə aparmalı olacaq. 

Voleybol üzrə dünya çempionlar liqasında Braziliya komandası 4 dəfə çempion adına və iki dəfə gümüş medala yiyələnməklə rekord sahibidir. 

Teqlər