Sen 19, 2017 12:31 Asia/Baku
  • İran velosiped yığması çempion oldu
    İran velosiped yığması çempion oldu

İranın velosiped yığması Türkmənistan paytaxtı Aşqabadda keçirilən velotrek və döyüş idman növləri Asiya və Okeaniya Çempionatında çempion olub.

İRİB-in məlumatına görə, İranın velosiped üzrə yığma komandası Sprint (sürətli yürüş) növündə 45, 535 saniyə ilə birinci yeri tutub və qızıl medala layiq görülüb. 

Qazaxıstan və Tailand yığmaları müvafiq olaraq iki və üçüncü yerləri tutublar. 

Velotrek və döyüş idman növləri üzrə yarışlar Asiya və Okeaniyanın 69 ölkəsinin nümayəndəsinin iştirakı ilə bazar günü Türkmənistan paytaxtı Aşqabadda başlayıb və 27 sentyabra qədər davam edəcək. 

Teqlər