Sen 24, 2017 09:58 Asia/Baku
  • İranlı atlet yeni rekorda imza atdı
    İranlı atlet yeni rekorda imza atdı

Qapalı arenalar oyunlarında İranın 94 kq çəki dərəcəsində ağırlıqqaldırma üzrə idmançısı dünya rekordunu yeniləyərək qızıl medala layiq görülüb.

İRİB-in məlumatına görə, Rio Olimpiya Oyunlarının çempionu Söhrab Muradi ötən gün Türkmənistan paytaxtı Aşqabadda Qapalı arenalar oyunlarında ağırlıqaldırma üzrə 94 kq çəkidə dünya rekordunu bir kiloqram yeniləyib. 

Muradi birdən və təkanla qaldırmada 185 və 228 kq çəkinin öhdəsindən gələrək ümumilikdə 413 kiloqramı başı üzərinə qaldırıb və bu çəkidə dünya rekordunu bir kiloqram artırıb. 

Bu çəkidə öncəki rekord 232 kiloqramla 2000-ci ildən bəri polşalı ağır atletə məxsus idi. 

Teqlər