Okt 04, 2017 10:21 Asia/Baku
  • İran uşuda çempion oldu

İran İslam Respublikasının uşu üzrə yığma komandası dünya çempionatının qalibi olub və çinlilərin bu idmana olan uzunmüddətli çempionluğuna son qoyub.

İRNA-nın məlumatına görə, Rusiyanın Kazan şəhərinin ev sahibliyi ilə cümə günündən başlanan Uşu üzrə 14-cü Dünya Çempionatı Sanda növündə ötən gecə İranın çempionluğu ilə sona çatıb. 

İranın uşu üzrə yığma komandasının idmançıları 7 qızıl, bir gümüş medalla birinci yeri tutub, Çin 7 qızılla ikinci yerə yiyələnib və Rusiya 2 qızıl, bir gümüş və 2 bürünc medalla ilk üçlüyü tamamlayıb. 

İndiyə qədər keçirilən 13 dövrdə Çin Sanda növündə çempionluğa yiyələnmişdir. 

İran yığmasının üzvləri İlahə Mənsurian, Şəhrbanu Mənsurian, Məryəm Haşimi, Möhsün Məhəmməd Seyfi, Yusif Səbri, Muin Təqəvi və Milad Arifi qızıl medal, Həmid Rza Qulipur isə gümüş medal qazanıb.

Talo və Sanda növləri üzrə ümumilikdə İran yığması 8 qızıl, bir gümüş, bir bürünc medalla bir pillə irəliləyib və ikinci yeri tutub. 

Çin 15 qızılla çempion olub və Honq Konq 5 qızıl, 3 gümüş və 3 bürünc medalla üçüncü yeri tutub. 

İranın uşu üzrə yığma komandasının çempionluğu qazanmasının ardınca İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bir müraciətdə bu uğur münasibəti ilə İran xalqı və uşu yığma komandasını təbrik edib. 

Teqlər